Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Türkiyənin xarici borcları son altı ilin ən yüksək səviyyəsindədir

Türkiyənin xarici borcları son altı ilin ən yüksək səviyyəsindədir

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) beynəlxalq investisiya mövqeyi məlumatlarına görə, bu ilin ikinci rübünə görə, xarici öhdəliklər 2018-ci ilin birinci rübündən bəri ən yüksək səviyyə olan 670,2 milyard dollara çatıb.

Türkiyənin xarici öhdəliklərindəki artım tempi ilin ikinci rübündə də davam edib.

Türkiyənin xarici öhdəlikləri 2017-ci ilin son rübündə 692,3 milyard dollarla rekord qırıb.

TCMB məlumatlarına görə, 2024-cü ilin iyun ayının sonu etibarilə Türkiyənin xarici aktivləri 2023-cü ilin sonuna nisbətən 2,7 faiz artaraq 341,7 milyard dollara çatıb. Türkiyənin xaricdəki aktivləri və öhdəlikləri arasındakı fərq olaraq təyin olunan xalis beynəlxalq investisiya mövqeyi, 2023-cü ilin sonunda 275,9 milyard dollar, 2024-cü ilin iyun ayının sonunda isə 328,5 milyard dollar kəsir yaradıb.

Öhdəliklərin alt maddələri araşdırıldığında, bazar dəyəri və valyuta məzənnələrindəki dəyişikliklərin təsiri ilə birbaşa investisiyalar (kapital və qeyri-kapital) 2023-cü ilin sonuna nisbətən 23,6 faiz artaraq 188 milyard dollara çatıb.
 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə