Əsas məzmuna keç
Bakı +9°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Sahibkarlığın İnkişafı Fondu kreditlərin 92 faizini mikro, kiçik və orta biznesə verib

Sahibkarlığın İnkişafı Fondu kreditlərin 92 faizini mikro, kiçik və orta biznesə verib

2021-ci ilin yanvar-sentyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60.9 milyon manat güzəştli kredit verilib.

Bu barədə SİF-dən bildirilir.

Fond bildirir ki, verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 1796 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində kreditlərin layihə sayı üzrə 99.7%-i, kreditin məbləği üzrə 92%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

İqtisadiyyatın sahələri üzrə verilmiş kreditlərin layihə sayı üzrə 94.4%-i kənd təsərrüfatı məhsulları istehsalının payına düşür.

Kreditin məbləğinə görə verilmiş kreditlərin 83%-i kənd təsərrüfatı məhsullarının istehsalı və sənaye məhsullarının istehsalı və emalının payına düşür.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə