Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hadisə

Sahibkarları sıxışdıran "Lotu Quli"nin beynəlxalq dəstəsi - Odessada tutuldu

Sahibkarları sıxışdıran "Lotu Quli"nin beynəlxalq dəstəsi - Odessada tutuldu

"Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun tərəfdarları saxlanılıb.

Məlumata görə, dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxaq dəstənin üzvləri müəyyən edilib.

"Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq niyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib", məlumatda bildirilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə