Rusiya və Belarus neft-qaz tədarükü üzrə razılığa gəlib

Belarus 2021-ci il üçün Rusiya ilə özünə sərfəli şərtlərlə neft və qaz tədarükü barədə razılığa gəlib.
!@#
Bu barədə Belarusun Baş naziri Roman Qolovçenko bildirib.
“Həmişəki kimi, şərtlərlə bağlı istənilən danışıqlar müəyyən sövdə ilə müşayiət olunur. Lakin hər şey Belarus üçün yaxşı, əlverişli şərtlərlə yekunlaşdı”, – R. Qolovçenko bildirib.











