Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib, Prezident İlham Əliyev qarşılayıb

Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib, Prezident İlham Əliyev qarşılayıb

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu gün Füzuli rayonuna gəlib.

ENA.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Xalq Məsləhətinin sədrinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə