Əsas məzmuna keç
Bakı +11°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Polşa hökuməti 100 ton qızılı geri qaytarıb

Polşa hökuməti 100 ton qızılı geri qaytarıb

Polşa hökumətinin II Dünya Müharibəsindən əvvəl faşistlərin əlinə keçməməsi üçün İngiltərəyə apardığı 100 ton qızılı son aylarda təşkil edilən gizli bir əməliyyatla yenidən Varşavaya gətirilib.

"ENA" bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Məlumata görə, nəqliyyat təyyarələri ilə daşınması təşkil edilən 8 min qızıl külçələrin dəyəri, təxminən, 4 milyard funt sterlinq olub.

Polşa höküməti geri qaytarılan qızıl külçələrin hazırda Polşa Mərkəzi Bankında saxlandığını açıqlayıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə