Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Neft Fondunun bölüşdürülməmiş mənfəəti 40 milyard manatı ötüb

Neft Fondunun bölüşdürülməmiş mənfəəti 40 milyard manatı ötüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci ili 5 milyard 360,109 milyon manat xalis mənfəətlə başa vurub.

ENA.az xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 24,2 % çoxdur.

Hesabat dövründə ARDNF-in bölüşdürülməmiş mənfəəti isə 15,3 % artaraq 40 milyard 268,812 milyon manata çatıb.

Ötən il ARDNF-in cəmi əməliyyat gəliri 5 milyard 327,956 milyon manat (əvvəlki illə müqayisədə 19,9 % çox), əməliyyat xərcləri isə 87,460 milyon manat (15,4 % az) təşkil edib. Fond həmçinin birgə müəssisələrin vergidən sonrakı maliyyə nəticələrində 32,871 milyon manatlıq pay, törəmə müəssisənin satışından isə 86,149 milyon manat gəlir əldə edib. Eyni dövrdə ARDNF-in mənfəət ödəmələrindən qənaəti isə 0,593 milyon manat olub.

Qeyd edək ki, 2021-ci ilin iyulun 1-nə ARDNF-in aktivləri 44 milyard 104,9 milyon ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1,2 % çoxdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. 6 ay ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə