Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Nazirin əmri ilə Ziya Məmmədovun DİN-də çalışan qardaşı oğlu təqaüdə göndərilib

Nazirin əmri ilə Ziya Məmmədovun DİN-də çalışan qardaşı oğlu təqaüdə göndərilib

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

ENA.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib.

DİN-in Mətbuat Xidmətindən “Report”a fakt təsdiqlənib.

F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, F.Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlududur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə