Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sosial

Azərbaycanda nə qədər pensiyaçı var?

Azərbaycanda nə qədər pensiyaçı var?

Bu il oktyabrın 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 94,2 min (ötən il oktyabrın 1-nə 1 milyon 100 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,6 %-ini təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 % artaraq 595,8 manat təşkil edib və orta aylıq əməkhaqqının 50,8 %-nə bərabər olub.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilib.

Bu ilin 9 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,2 min nəfərə birdəfəlik müavinətlər verilib.

Hesabat tarixinə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 99 manat təşkil edib.

Müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Prezident təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə