Əsas məzmuna keç
Bakı +15°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsində nasazlıq üç gündür davam edir

ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsində nasazlıq üç gündür davam edir

ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin (MTA) daxili kompüter şəbəkəsi 17 noyabrda baş verən texniki nasazqlıqdan sonra əlçatmaz qalır.

Bu barədə "NBC News" məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, bəzi agentlik işçiləri texniki problemlər səbəbindən ardıcıl üçüncü gündür ki, məsafədən işləməyə məcburdur.

Qeyd olunur ki, nasazlıq agentliyin işində müəyyən narahatlıqlar yaradıb, lakin onun bütün dünyada radioelektron kəşfiyyat və kibertəhlükəsizlik sahəsində fəaliyyətinə təsir etməyib.

Mənbə:report.az

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə