Əsas məzmuna keç
Bakı +11°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Milyarderlər Britaniyadan qaçmağa hazırlaşırlar

Milyarderlər Britaniyadan qaçmağa hazırlaşırlar

Britaniyalı milyarderlər leyboristlərin seçkilərdə qalib gələcəyi təqdirdə, ən qısa zamanda ölkəni tərk etməyə hazırlaşırlar.

Bu barədə “The Guardian” yazır.

Milyarderlər ehtiyat edirlər ki, Ceremi Korbin baş nazir olacağı halda, yeni vergilər səbəbiylə milyardlarla funt itirə bilərlər.

Britaniya hüquq firmalarının mütəxəssisləri milyonçu və milyarder müştərilərinin zəng edərək başqa ölkələrə köçməyə, eləcə də sərvətlərini xaricə köçürməyə kömək etməklərini xahiş edirlər.

Nəşrin məlumatına görə, Korbinin rəhbərlik etdiyi hökumət ölkənin zəngin sakinləri tərəfindən sərvətə  və həyat keyfiyyətinə “Brexit”dən daha  böyük təhlükə kimi qəbul edilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə