Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Lavrov Qarabağa dair razılaşmaların “uğurla icra” olunduğunu deyir

Lavrov Qarabağa dair razılaşmaların “uğurla icra” olunduğunu deyir

Rusiya, Azərbaycan, Ermənistan arasında Qarabağla bağlı razılaşmalar uğurla icra olunur.

Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Arqumentı i Faktı" qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixi bəyanatlarının icrası uğurla davam edir: "Bu, əsasən münaqişənin humanitar və sosial-iqtisadi fəsadlarının aradan qaldırılması, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına aiddir".

S.Lavrov vurğulayıb ki, yanvarın 30-dan etibarən bölgədə türkiyəli tərəfdaşlarla birgə atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə birgə mərkəz fəaliyyət göstərir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə