Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 30 milyon manat ayrılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 30 milyon manat ayrılacaq

Azərbaycan hökuməti kiçik və orta biznesin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 2019-cu ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 30 mln. manat ayıracaq. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

"2019-cu il dövlət büdcəsində sahibkarlığın inkişafına 69,2 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsait 3 istiqamətdə istifadə olunacaq", - deyə məlumatda bildirilir.

Xüsusilə Kiçik və Orta Biznesin İnkişafı Agenliyinə 30 mln. manat, qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlərin stimullaşdırılmasına 19,2 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Daha 20 mln. manat isə dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyətçilərin hüquqlarının qorunmasına ayrılacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə