Kənd yumurtası çörək qiymətinə satılır

Bazarlarda kənd yumurtası artıq çörək qiymətinə satılır.
Paytaxt bazarlarında hazırda bir ədəd yumurta 45-50 qəpiyə satılır.
Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi rayonlarda kənd yumurtasının əvvəlki dövrlərlə müqayisədə azalmasıdır.
Bölgələrdə fəaliyyət göstərən fermerlər isə yumurtanın bahalaşmasına müxtəlif səbəblər göstərirlər.
“Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Asossasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli qiymət artımının mövsümi olduğunu deyir.
Kənd yumurtasının mart ayından sonra ucuzlaşacağı proqnozlaşdırılır.
Mənbə:Xezerxeber.az











