Əsas məzmuna keç
Bakı +12°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Sərhədi Rusiya sərhədçilərindən təhvil almağın vaxtı çatıb

Sərhədi Rusiya sərhədçilərindən təhvil almağın vaxtı çatıb
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi qarşıdakı illərdə sərhədlərinin mühafizəsinə görə məsuliyyəti tam üzərinə götürməlidir.

ENA.az xəbər verir ki, Paşinyan brifinqdə Rusiya sərhədçilərinin mümkün çıxarılması ilə bağlı sualı cavablandırıb.

“Bu müddət ərzində Ermənistanın sərhədlərində xidmət etdiklərinə görə Rusiya sərhədçilərinə təşəkkür edirik. Amma düşünürəm ki, artıq vaxtı çatıb. Qarşıdakı illərdə sərhədlərimizin mühafizəsinə görə məsuliyyəti tam üzərimizə götürməliyik”, – Paşinyan deyib.

Baş nazir sərhədçilərin çıxarılması üçün konkret tarix açıqlamayıb və bunun sərhədin hansı hissələrinə aid olacağını bildirməyib.

Paşinyan orduda kadr dəyişikliyi ilə bağlı Ermənistan Prezidentinə təqdimat göndərdiyini də bildirib. O, dəyişikliyin təfərrüatlarının müvafiq fərman dərc edildikdən sonra məlum olacağını deyib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə