Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Aqrar

İşğaldan azad olunmuş ərazilərdə aqrar sektorun yaradılmasına başlanılır

İşğaldan azad olunmuş ərazilərdə aqrar sektorun yaradılmasına başlanılır

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi nəzərdə tutulub.

“ENA” xəbər verir ki, bu, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanında öz əksini tapıb.

Sənədə əsasən, bu işlər Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə həyata keçiriləcək.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə