Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

“Gələn həftə tədrislə bağlı bütün suallara cavab veriləcək”

“Gələn həftə tədrislə bağlı bütün suallara cavab veriləcək”

"Tədrislə bağlı bir neçə qrup ən xırdalıqlara kimi müzakirələr aparır".

ENA.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, məktəblərin açılması ilə bağlı hökumət həftələrdir müzakirə aparır: "Biz dünya təcrübəsinə də baxırıq, amma hazır bir resept yoxdur. Bu sahədə vəziyyət çox ciddi və dinamikdir. Çünki bugünkü statistikaya görə qərar veririk, növbəti həftə yoluxma sayı arta bilir. Buna görə də tədrislə bağlı bir neçə qrup ən xırdalıqlara kimi müzakirələr aparır. Gələn həftə brifinqdə tədrislə bağlı bütün suallara cavab veriləcək". 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə