Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Elektron siqaretlərlə bağlı cərimələr artırılır

Elektron siqaretlərlə bağlı cərimələr artırılır

Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşir.

ENA.az -ın məlumatına görə, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunla qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə ediləcək.

Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.

Qanun təsdiqlənərsə, 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə