Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını artırıb

Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını artırıb

Dünya Bankı (WB) Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 4.2 %, 2023-cü ildə isə 2.8 % artacağını proqnozlaşdırır.

Bu barədə bankın “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında bildirilib.

Sənədə əsasən, bu, Dünya Bankının iyun proqnozu ilə müqayisədə müvafiq olaraq 1.5 % və 0.6 % çoxdur.

Dünya Bankı 2024-cü ildə Azərbaycan iqtisadiyyatının 2.6 % böyüyəcəyini gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 0.3 faiz bəndi çoxdur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə