Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Devalvasiya "söhbətləri" dollara tələbatı artırdı

Devalvasiya "söhbətləri" dollara tələbatı artırdı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 79,8 milyon dollar satıb. Göründüyü kimi, devalvasiya ətrafında söz-söhbətlər dollara tələbatı artırıb. 

“Hərracda tələb 79,8 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.

Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb. Lakin iyulda hərraclarda valyutaya tələb bir qədər artıb.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.