Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

Daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik olunub

Daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik olunub

Sıxlığın aradan qaldırılması məqsədilə daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik olunub.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən Nəsimi rayonu, Səməd Vurğun və Şamil Əzizbəyov küçələrinin kəsişməsində aparılan növbəti monitorinq zamanı Səməd Vurğun küçəsindən sola dönən zaman yolda sıxlığın yaranması müşahidə edilib. Problemi aradan qaldırmaq və nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək üçün yorayrıcındakı svetoforun iş rejiminə dəyişiklik edilərək Məhəmməd Füzuli küçəsi istiqamətində yaşıl işığın müddəti artırılıb. Nəticədə Səməd Vurğun küçəsində nəqliyyatın intensivliyi artıb və sıxlıq aradan qalxıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə