Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

BVF Azərbaycan üzrə proqnozlarını artırdı

BVF Azərbaycan üzrə proqnozlarını artırdı

Beynəlxalq Valyuta Fondu Azərbaycanda ÜDM ilə bağlı proqnozlarını yaxşılaşdırıblar. ENA.az xəbər verir ki, BVF analitiklərinin hesablamalarına görə, Azərbaycanın qeyri-neft ÜDM-nin artımı 2023-cü ildə 4,2%, 2024-cü ildə isə 3,6% təşkil edəcək.

Əvvəl isə Azərbaycanda ÜDM-in artımı 2023-cü ildə 2,5%, 2024-cü ildə 2,5% proqnozlaşdırılmışdı. Eyni zamanda, BVF bu il Azərbaycanın ÜDM-nin nominal həcmini 77,4 milyard dollar, gələn il isə 81 milyard dollar səviyyəsində proqnozlaşdırır.

Fondun Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə oktyabr icmalında dərc olunmuş proqnozlarına əsasən, 2023-2024-cü illərdə Azərbaycanda neftin ÜDM-in artımında payı 0,6% təşkil edəcək.

BVF-nin hesablamalarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 10,3% (2022-ci ildə - 13,8%), gələn il isə 5,6%-ə qədər azalacaq.

Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü il üçün ÜDM-in artımını 1,9%, 2024-cü il üçün 2,4% səviyyəsində proqnozlaşdırır. Departamentin proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in nominal həcmi 119,6 milyard manat, gələn il isə 118,4 milyard manat təşkil edəcək.

Azərbaycanın İqtisadiyyat Nazirliyi 2023-cü ilin sonuna orta illik inflyasiyanın 9,5% səviyyəsində olacağını proqnozlaşdırır. 2024-cü il üçün proqnoz - 5,3%-dir.

2022-ci ildə Azərbaycanda ÜDM artımı 4,6% təşkil edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə