Çip sənayesində ən böyük sövdələşmə baş tuta bilər

ABŞ-ın çip istehsalçısı "Advanced Micro Devices" (AMD) yerli rəqibi “Xillinx”i almaq üçün danışıqlar aparır.
ENA.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
!@#
Tərəflər razılığa gəlsələr, çip sənayesində dəyəri təxminən 30 milyard ABŞ dolları olan ən böyük sövdələşmə baş tuta bilər.
Xatırladaq ki, koronavirus (COVID-19) pandemiyası dövründə kompüter və digər elektron cihazlara tələbatın artması AMD-nin bazar dəyərinin 89% artaraq 100 milyard ABŞ dollarını keçməsi ilə nəticələnib. Bu ilin II rübündə şirkətin gəlirlərii illik müqayisədə 16% artaraq 1,9 milyard dollar ABŞ dolları, xalis mənfəəti isə 4 dəfədən çox artaraq 157 milyon ABŞ dolları təşkil edib.
“Xillinx”in bazar dəyəri isə bu il 9% artıb və hazırda 26 milyard ABŞ dolları ətrafındadır.











