Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Biznes kreditlərinin 53 faizi iri sahibkarlara verilib

Biznes kreditlərinin 53 faizi iri sahibkarlara verilib

Azərbaycanda bankların verdiyi biznes kreditlərin həcmi 15 milyard 91 milyon manatdır. Bu məbləğin 8 milyard 35 milyon manatı iri sahibkarlığa verilmiş kreditlərdir. ENA.az xəbər verir ki, ötən 8 ayda iri sahibkarlığın borclanması 262 milyon manat azalıb. Ümumilikdə isə biznes kreditlərinin 53,2%-i iri sahibkarların paylna düşür. 

Bu ilin yanvar-avqust aylarında orta sahibkarlığa 2,137.1 milyon manat, kiçik sahibkarlığa 1,573.5 milyon manat, mikro sahibkarlığa 3,346.5 milyon manat kredit verilib. 

2024-cü ilin sonuna orta sahibkarlığa 1,834.0 milyon manat, kiçik sahibkarlığa 1,548.6 milyon manat, mikro sahibkarlığa 3,107.3 milyon manat biznes krediti verilmişdi. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə