Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Bankların aktivləri azalıb, vergi ödənişləri isə 57,9% artıb

Bankların aktivləri azalıb, vergi ödənişləri isə 57,9% artıb

31 yanvar 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 31 milyard 944,8 milyon manat təşkil edir. Mərkəzi Bankın məlumatına görə, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub. Beləliklə, yanvarda bankların aktivləri 0,3% azalıb.

Yanvarın sonuna bankların kredit portfeli 14 milyard 213,8 milyon manatdır. Bu isə o deməkdir ki, 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,4% təşkil edir.

Bu ilin birinci ayında bankların ümumi kapitallaşması 0,5% artaraq, 4 milyard 720,7 milyon manat olub. 

Hesabat dövrünün sonuna bankların öhdəlikləri 0,5% azalaraq, 27 milyard 224,1 milyon manata düşüb. Azalma əsasən, bankların depozit portfelinin əriməsi tendensiyasının davam etməsi ilə bağlıdır. Belə ki, fevralın əvvəlinə banklarda depozit portfeli 2,1% kiçilərək, 20 milyard 288,5 milyon manat təşkil edib. Bankların Mərkəzi Bank qarşısında öhdəliklərində də cüzi azalma davam edir, son göstərici 374,1 milyon manat həcmindədir.

AMB-nin məlumatına görə, 2021-ci ilin yanvar ayında Azərbaycanda bankların ümumi xalis mənfəəti 25,4 milyon manat təşkil edib. Bu, 2020-ci ilin yanvar ayı ilə müqayisədə 48,6% azalma deməkdir.

Hesabat dövründə bankların faiz gəlirləri 2,6% azalaraq 163,1 milyon manat, qeyri-faiz gəlirləri 1% azalaraq 49,6 milyon manat olub.

Bu dövrdə bankların faiz xərcləri 2,6% azalaraq 91,5 milyon manat olub ki, bunun 27,6 milyon manatı depozitlərə ödənilən məbləğdir. Qeyri-faiz xərclərində 2,6% azalma baş verib və 91,5 milyon manat təşkil edib.

Yanvarın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 71,2 milyon manat təşkil edib ki, bu 0,3% azalma deməkdir.

Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 37,6% azalaraq 34,4 milyon manat məbləğindədir, mənfəət vergisi üzrə ödənişləri isə 57,9% aratarq 9 milyon manat təşkil edib.

Qeyd edək ki, 31 yanvar 2021-ci il tarixinə Azərbaycanda 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallı, 2-si isə dövlət kapitallıdır.

Yanvarın sonuna bankların 456 filialı, 108 şöbəsi var. Bu sektorda hazırda 18 min 724 nəfər çalışır. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə