Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Bakıda 2, regionlarda 1 "ASAN xidmət" mərkəzi açıla bilər

Bakıda 2, regionlarda 1 "ASAN xidmət" mərkəzi açıla bilər

"Gələn il Bakıda 2, regionlarda 1 ASAN xidmət mərkəzinin açılacağı gözlənilir". 

"ENA" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, paytaxtdakı "ASAN xidmət" Nərimanov rayonunda və Xətai rayonunda, Ukrayna dairəsi ətrafında olacaq. 

C.Salmanov Sumqayıtdakı ikinci "ASAN xidmət"in tikintisinə gələn il başlanılacağını vurğulayıb: “Sumqayıt böyük şəhərlərimizdən biridir və burada əhali sıxlığı var. Ona görə də xidmətlərə böyük tələbat mövcuddur. “Gənclik şəhəri”ndə yeni "ASAN xidmət"in açılması və vətəndaşlara daha operativ xidmət göstərilməsinə ehtiyac var. Yəqin ki, tikintiyə gələn il başlanılacaq və 2021-ci ildə istifadəyə veriləcək”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə