Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 %-⁠dən çox artıb

Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2 milyard 401,8 milyon manat təşkil edib.

ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.

Bu sahədə əldə edilmiş gəlirin 83,5 %-i qeyri-dövlət sektorunun payına düşüb, 73,7 %-i isə əhali sektoruna aid olub.

Təkcə avqustda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 319 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,1 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə