“Azərbaycan Sənaye Korporasiyası”dan daha bir şəxs vəzifəsindən ayrılıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin daha bir departament rəhbəri vəzifəsindən azad edilib.
Məlumata görə, trateji inkişaf və kommersiya departamentinin direktoru Fəxri Mehdiyev vəzifəsindən azad edilib.
!@#
Qeyd edək ki, ötən gün İstehsal və əməliyyatlar departamentinin direktoru İlham Bayramov vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılmışdı.
Fəxri Mehdiyev 16 aprel 1974-cü ildə Bakı şəhərində anadan olub.
1990- cı ildə Dövlət Neft Akademiyasına daxil olub və 1995 –ci ildə Yanacaq energetika kompleks sahələrində iqtisadiyyat və idarəetmə’ ixtisası üzrə tam kursu bitirib. 1995-2017- ci ilədək Azərbaycan Respublikası Vergilər Nazirliyində rəhbər vəzifələrdə çalışıb.
18 dekabr 2017 – ci ildə ‘’Azərbaycan Sənaye Korporasiyası’’ Açıq Səhmdar Cəmiyyətinin Maliyyə departamentinin direktoru, 21 yanvar 2020-ci ildən isə Strateji inkişaf və kommersiya departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur.











