Azərbaycan Mərkəzi Bankının yeni binası tikilir – 250 Milyon Dollara - FOTO

Tekfen, Azərbaycan Mərkəzi Bankı ilə bağlı danışıqlara başlayır və Azərbaycan Mərkəzi Bankının yeni binası tikilir.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, Tekfen Holding, törəmə şirkəti olan Tekfen İnşaat’ın Azərbaycan Mərkəzi Bankının inzibati binasının inşasına başlanması ilə əlaqədar rəsmi bildiriş məktubu aldığını və müqavilə danışıqlarına başladığını açıqlayıb.
!@#
Qeyd edilib ki, müqavilənin təxminən 250 milyon dollar olaraq qiymətləndirildiyi və müqavilənin imzalanmasından sonra yeni bir açıqlama veriləcəyi bildirilib.












