Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Azərbaycan Mərkəzi Bankının notlarının gəlirliliyi kəskin azalıb

Azərbaycan Mərkəzi Bankının notlarının gəlirliliyi kəskin azalıb

Azərbaycan Mərkəzi Bankının bu günə dövriyyədə 852,43 milyon manatlıq notu var.

"BI" quruma istinadən xəbər verir ki, bu, aprelin 25-i ilə müqayisədə 21,94 milyon manat və yaxud 2,51% azdır.

Son 1 həftə ərzində AMB-nin notlarının illik gəlirliliyi isə 2,15 faiz bəndi azalaraq 6,76%-ə düşüb.

Xatırladaq ki, tənzimləyici qurumun İdarə Heyətinin qərarı ilə bu həftədən Azərbaycanda faiz dəhlizinin parametrləri 0,25 faiz bəndi azaldılıb. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə