Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Azərbaycan Mərkəzi Bankı “İnvestra Kredit Ittifaqı”na lisenziya verib

Azərbaycan Mərkəzi Bankı “İnvestra Kredit Ittifaqı”na lisenziya verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “İnvestra Kredit Ittifaqı” MMC-yə lisenziya verilib.

ENA.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnvestra Kredit Ittifaqı”nı 2025-ci ilin dekabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Masallı şəhəri, Səməd Vurğun küçəsi, ev 4, döngə 1, nizamnamə kapitalı 4 004 manat, qanuni təmsilçisi isə Əliqismət Ocaqəli oğlu Məhərrəmovdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə