Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hesabatlar

AZAL dövlət büdcəsindən aldığı 26,4 milyon manat subsidiyanı xrəcləməyib - Hesablama Palatası

AZAL dövlət büdcəsindən aldığı 26,4 milyon manat subsidiyanı xrəcləməyib - Hesablama Palatası

2022-ci ildə AZAL 89,5 milyon manat subsidiya alıb ki, bunun da 63,1 milyon manatı istifadə olunub, 2022-ci ilin sonuna isə 26,4 milyon manat şirkətin bank hesabında qalıb.
 

ENA.az Hesablama Palatasına istinadən xəbər verir ki, 2022-ci ildə dövlət büdcəsindən ayrılan subsidiyaların ümumi həcmi 1 milyard 401,7 milyon manat olub. 2022-ci il üzrə Azərbaycan dövlət büdcəsindən dövlət müəssisələrinə ayrılan subsidiyaların həcmi 25% artaraq 697,5 milyon manata çatıb. Nəticədə 2022-ci ildə dövlət müəssisələrinin subsidiyalaşdırılmasının xüsusi çəkisi 9,5 faiz bəndi artaraq 49,8%-ə çatıb.

“Aparılan təhlillər göstərdi ki, dövlət müəssisələrinə subsidiyalar publik hüquqi şəxslərə, “Azərkosmos”a, Qida Təhlükəsizliyi Agentliyinə və Bakı Metropoliteninə verilən subsidiyaların həcminin artması hesabına artıb”, - Palata vurğulayır.

Eyni zamanda, palata qeyd edir ki, heç də bütün dövlət şirkətləri alınan subsidiyalardan istifadə etmir. “Məsələn, 2022-ci ildə AZAL 89,5 milyon manat subsidiya alıb ki, bunun da 63,1 milyon manatı istifadə olunub, 2022-ci ilin sonuna isə 26,4 milyon manat şirkətin bank hesabında qalıb”, - deyə rəydə vurğulanır.

Palata onu da qeyd edir ki, subsidiya alan bir çox dövlət şirkətləri onlardan başqa məqsədlər üçün istifadə edirlər.
 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə