Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Avropada qazın qiyməti iki ilin maksimumuna yüksəldi

Avropada qazın qiyməti iki ilin maksimumuna yüksəldi

Avropada qazın qiyməti son iki ildə maksimuma qalxaraq hər min kubmetrə 242 dollara yüksəldi. Son ticarət günündə isə qazın spot qiyməti dərhal 9% əlavə etdi və yeni maksimuma çatdı.

Qeyd edək ki, LNG terminalları vasitəsilə Avropa boru kəməri şəbəkəsinə qaz axını 2020-ci ilin dekabr ayında 2019-cu ilin dekabrına nisbətən 42% azalıb. Bu, bütün ilin ən kəskin azalmasıdır (oktyabr ayında tədarüklər 30%, noyabrda 39% azalıb).

Avropa yeraltı anbarlardan qaz ehtiyatlarını aktiv şəkildə istehlak edir. Dekabr 2020-dəki qazçəkmə, keçən ilin eyni dövründəkindən təxminən iki qat çoxdur. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə