Arif Paşayev “PAŞA Bank”dakı payını artırıb

“PAŞA Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
“ENA” xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 21 511 800 manat və yaxud 6,5% artırılaraq 333 000 000 manatdan 354 511 800 manata çatdırılmasından sonra baş verib.
!@#
Belə ki, kapital artımı üçün “PAŞA Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 33 300 manat olan 646 ədəd yeni səhmin 49-nu Bankın əsas səhmdarı – “PAŞA Holdinq” MMC, 597-ni isə digər səhmdar – Arif Paşayev alıb. 3-cü səhmdar – “Ador” MMC isə prosesdə iştirak etməyib.
Son nəticədə “PAŞA Holdinq”in “PAŞA Bank”dakı payı 60%-dən 56,82%-ə, “Ador”un payı isə 30%-dən 28,18%-ə düşüb, A.Paşayevin payı isə 10%-dən 15%-ə çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb.
|
“PAŞA Bank”ın səhmdarlarının pay bölgüsü |
||||
|
Səhmdarlar |
Əvvəl |
İndi |
||
|
Səhm sayı |
Faiz nisbəti |
Səhm sayı |
Faiz nisbəti |
|
|
“PAŞA Holdinq” MMC |
6 000 |
60,00% |
6 049 |
56,82% |
|
“Ador” MMC |
3 000 |
30,00% |
3 000 |
28,18% |
|
Arif Paşayev |
1 000 |
10,00% |
1 597 |
15,00% |
|
Cəmi |
10 000 |
100,00% |
10 646 |
100,00% |
|
Nizamnamə kapitalı |
333 000 000 manat |
354 511 800 manat |
||











