“Gilan Holding”ə yaxın üç şirkət qeydiyyata alınıb

Vergilər Nazirliyi bu ilin aprel ayında qeydiyyatdan keçən kommersiya hüquqi şəxslərin siyahısını açıqlayıb. Siyahıya əsasən, "Gilan Holding" şirkətlər qrupu daha üç şirkət təsis edib.
"Gilan Holding"in "Capital Towers"də yerləşən mənzil-qərargahında aprelin 5-də "Grand Leasing" MMC, 19-da "Urbn Landscapes" MMC və "Business Management Group Companies" MMC qeydiyyata alınıb.
"Urbn Landscapes" MMC kökü BƏƏ-yə gedən bir şirkətin törəməsidir. 2017-2018-ci illərdə Bakıda Urbn ("Urbn Real Estate Services", "Urbn Real Estate Group", "Urbn Real Estate Management", "Urbn İnternational Development", "Urbn Limited", "Urbn AZ Development" və "Urbn Logistics") firma adı ilə 7 şirkət qeydiyyata alınıb.
Bu qrup "Crescent Bay" daşınmaz əmlak tikintisi layihəsində fəal iştirak edir. Orda artıq satış prosesi https://www.urbnlimited.com/sales/mall başlayıb. Bu qrupun planına Qəbələ və Bakıda layihələrin icrası daxildir.