İnşaat və əmlak

Azərbaycanın iri tikinti şirkəti səhmdarlarına dividend ödəyəcək

İyunun 23-də, saat 11:00-da Avro-Asiya İnşaat Korporasiyası - "EVRASCON" ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək. 

Yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 8 ünvanında olacaq. 

Yığıncağın gündəliyinə Korporasiyanın ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının, yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi, səhmdarlara dividendlərin hesablanması məsələləri daxildir. 

"Azərkörpü" ASC-nin hüquqi varisi olan "EVRASCON" körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)