BİZNES

Bu il İrandan Azərbaycana nə ixrac olunub? - SİYAHI

Bu ilin ilk yeddi ayında İranın Astara gömrüyündən 184 milyon dollar dəyərində 441 min ton qeyri-neft məhsulu ixrac olunub və 124 milyon dollar dəyərində 117 min ton məhsul idxal edilib.

"Bİ" xəbər verir ki, bunu İran Astara Gömrük İdarəsinin baş direktoru Rəsul Ümidi deyib.

İranlı rəsmi qeyd edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu il qeyri-neft məhsullarının ixracı çəki və dəyər baxımından artıb: "Daxil olan məhsullar əsasən ağac materialları, neft məmulatları, pambıq, süni liflər, dəmir külçələr, mis, süni şüşə lifi və dəmir laylardır. Bu məhsullar Azərbaycan, Rusiya, Gürcüstan və Ukraynadan Türkiyə, İraq və Birləşmiş Ərəb Əmirliklərinə nəql olunub. Ötən 7 ayda xarici tranzitin həcmi 155 min ton məhsul olub. 748 milyon dollar dəyərində elektirk vasitələri, minik avtomobilləri, mebel, texniki avadanlıqlar, səhiyyə avadanlıqları, tikinti materialları, kristal qablar, paltar, kimyəvi maddələr və kənd təsərrüfatı məhsulları isə Azərbaycan, Rusiya, Gürcüstan və Ukraynaya nəql olunub".

R.Ümidi vurğulayıb ki, qeyd olunan müddət ərzində 10 milyon dollar dəyərində 2 min 496 ton məhsul əsasən Azərbaycana ixrac olunub və məhsullar ərzaq maddələri, kauçuk və kənd təsərrüfatı məhsulları olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department