BİZNES

Azərbaycanın iri zavodunun səhmdarları qəzəblənib – AKSİYA KEÇİRMƏYƏ HAZIRLAŞIRLAR

“Holcim Azərbaycan” ASC-nin (Qaradağ Sement Zavodu) fiziki şəxs səhmdarları etiraz aksiyası keçirməyə hazırlaşırlar.

"ENA" xəbər verir ki, səhmdarlar neçə ildir səhmlərə dividend ödənilməməsinə etiraz edirlər.

Aksiyanın 17 Apreldə zavodun qarşısında keçirilməsi planlaşdırılır. Məlumata görə, İsveçrədən “Lafarge Holcim” şirkətinin Həmkərlar İttifaqlarının əməkdaşlarının Azərbaycana gələcək.

Aksiyada 600 nəfərin iştirak edəcəyi gözlənilir. Əksər səhmdarın, tələb etdikləri məbləğ qarşılığında səhmini satmağa hazır olduğu da bildirilir.

 

8 MİLYON MANAT MƏNFƏƏTİ OLSA DA, DİVİDEND ÖDƏMƏYƏCƏK

Xəbər verdiyimiz kimi, 4 aprel 2019-cu il tarixində Bakı şəhərində "Hyatt Regency" mehmanxanasında "Holcim Azərbaycan" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının İllik Ümumi Yığıncağı keçirilib. Yığıncaqda bildirilib ki, şirkət ötən ili 8 milyon manata yaxın xalis mənfəətlə başa vurub.

Bununla belə, səhmdarlar ötən il olduğu kimi, bu il də dividend almayacaqlar. Çünki, əldə edilmiş mənfəət yenə də, manatın 2015-ci ildəki kəskin devalvasiyası nəticəsində zavoda dəymiş zərərin nəticələrinin aradan qaldırılmasına, başqa sözlə, səhmdar cəmiyyətinin kapitalının artırılmasına yönəldiləcək.

Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)