Bank

Azərbaycanda 20 bankın qeyri-faiz xərcləri artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun bu ilin yanvar-mart aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub. 

"ENA" xəbər verir ki, bunlar "AGBank", "Amrah Bank", "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan", "Atabank", "Azərbaycan Sənaye Bankı", İran Milli Bankının Bakı filialı, "Bank VTB Azərbaycan", "Azər-Türk Bank" və "Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (76,6%), ən az azalma isə "AGBank"da (3,5%) qeydə alınıb.

Qalan 20 bankın qeyri-faiz xərcləri isə artıb. Ən yüksək dinamika "NBC Bank"da (51,8%), ən aşağı dinamika isə "Bank Avrasiya"da (0,4%) qeydə alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)