BİZNES

Azərbaycandakı mehmanxanalar nə qədər qazanıb?

 Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2 446,8 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,4% çoxdur.

"Bİ" xəbər verir ki, gecələmələrin 57,8%-i Bakıda, 10,6%-i Qəbələdə, 6,6%-i Xaçmazda, hər birində 3,9% olmaqla Naftalan və Qubada, 3,8%-i Qusarda, 2,7%-i Naxçıvan MR-da, 1,1%-i Qaxda, hər birində 0,8% olmaqla Gəncə və Lənkəranda, 8%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,3% artaraq 1651,7 min olub ki, bu da ümumi gecələmələrin 67,5%-nitəşkil edir. Gecələmələrin 13,3%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 11,4%-i Rusiya, 9,9%-i Səudiyyə Ərəbistanı, 5,2%-i İran, 4%-i Türkiyə, 3,8%-i İsrail, 3,6%-i Hindistan, 3,3%-i Küveyt, hər biri üzrə 2,7% olmaqla Böyük Britaniya və İraq, 2,6%-i ABŞ, 2,5%-i Qətər, 2,2%-i Pakistan, 1,5%-i Qazaxıstan, 1,4%-i Oman, 1,2%-i Almaniya, 1,1%-i Bəhreyn, 1%-i Ukrayna, 26,6%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələr ötən ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 795,1 min gecələmə olub.

Bu ilin ilk 9 ayında mehmanxanaların gəlirləri 286,1 mln. manat olub ki, onun da 68,1%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,4%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3%-i müalicə və sağlamlıq xidmətlərindən, 5,5%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 21,9% olub. Bu göstərici Naftalanda 62,0%, Ağstafada 36,7%, Qəbələdə 35,3%, Bakıda 30,5%, Zərdabda 24,7%, Qubada 24,3%, Şəmkirdə 23,1%, Şirvanda 22,4%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi avqust ayında ən yüksək – 35,1% olub. Bu göstərici iyul ayında 32,3%, sentyabr ayında isə 23,2% təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)