Bankların riskli aktivləri nə qədərdir? - SİYAHI
Risk dərəcəsi üzrə ölçülmüş aktivlər balans aktivlərinin və balansdankənar öhdəliklərin hər birinin daşıdığı özünəməxsus risk dərəcəsinə əsasən qiymətləndirilmiş dəyəridir.
Bankların risk ölçülü aktivləri onların sahib olduqları və qiymət dəyişiminə uğraya biləcək aktivlərdir. Bu aktivlərdə qiymət dəyişikliklərinin əsas səbəbi faiz dərəcəsinin dəyişməsi, kreditin geri qaytarıla bilməməsi və bu kimi risklərdir.
Risk ölçülü aktivlər bankın daha çox gəlir əldə etməsinə səbəb olsa da, onun normadan çox olması bankı müflisləşmə təhlükəsi ilə üz-üzə qoya bilər. Belə ki, bu göstərici bankların riskli aktivləri qarşısında kapital dayanıqlığını göstərən adekvatlığı əmsalının hesablanması üçün istifadə olunur.
2019-cu ilin ilk rübü üzrə riskli aktivlərinin həcminə görə bankların siyahısını təqdim edirik:
Bank | Riskli aktivlər (manat) |
Beynəlxalq Bank | 3 179 648 000 |
Kapital Bank | 2 253 328 000 |
Paşa Bank | 2 204 907 000 |
Xalq Bank | 1 863 461 880 |
Premium Bank | 827 735 000 |
AccessBank | 636 948 240 |
Atabank | 59 661 2580 |
Unibank | 550 062 000 |
Muğanbank | 523 024 260 |
Bank Respublika | 461 713 000 |
ASB Bank | 449 761 120 |
AGBank | 430 187 279 |
Rabitəbank | 376 043 000 |
Nikoil Bank | 293 273 330 |
Expressbank | 292 804 000 |
Bank of Baku | 262 992 780 |
Ziraat Bankı | 251 372 930 |
NBC Bank | 245 421 000 |
Bank BTB | 235 156 000 |
Azər Türk Bank | 224 087 640 |
Gunay Bank | 184 649 450 |
AFB Bank | 177 423 170 |
VTB Bank Azərbaycan | 143 365 910 |
Bank Avrasiya | 99 490 900 |
Naxçıvanbank | 52 969 270 |
Pakistan milli bankının Bakı filialı | 4 046 500 |