Bu rayondan Rusiyaya 25 min ton kartof ixrac edilib
Cəlilabadda bu ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib ki, bu il rayonda əkilmiş 4800 hektar kartof sahəsindən 110 min tondan artıq məhsul gözlənilir.
İstixana şəraitində 1500 hektar sahədə 35 min ton faraş kartof məhsulu istehsal edilib və Rusiya Federasiyasına 25 min ton kartof ixrac edilib.
Bu il kartof satışından fermerlərin büdcəsinə 9,1 milyon ABŞ dolları məbləğində vəsaitin daxil olacağı proqnozlaşdırılır.