"Rəvan Sığorta"nın rəhbərliyində dəyişiklik edildi - FOTO

"Rəvan Sığorta" ASC-nin rəhbərliyində dəyişikliklər olub.
"ENA.az" xəbər verir ki, "Rəvan Sığorta"nın Direktorlar Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Şuranın üzvü Nəsibov Famil Nofəl oğluna həvalə olunub.
“Rəvan Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini Nuriyev Mail Nurəhməd oğlu isə 31.08.2018 - ci il tarixindən tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, Mail Nuriyev 2010-cu ildən “Rəvan Sığorta” ASC-də çalışıb.
Beləliklə, "Rəvan Sığorta"nın İdarə Heyətinin üzvlərinin sayı 3-dən 2-ə düşüb.