Rəsmi

Siqateri nümayiş etdirmək qadağan olunur

Azərbaycanda tütün məmulatlarının reklamının və satışının stimullaşdırılması ilə bağlı qadağa konkretləşdirilib.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna bununla bağlı dəyişiklik edilir.

Qanunun 14-cü (Tütün məmulatlarının reklamının və satışının stimullaşdırılmasının qadağan edilməsi) maddəsinə əsasən, televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağandır. Maddəyə edilən əlavəyə əsasən, tütünün təbliğat məqsədilə reklamı qadağan edilir.

 

Dəyişiklik layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department