Sığorta

Azərbaycanda həyat sığortası 28% azalıb, qeyri-həyat sığortası isə 23% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 51,538 milyon manat sığorta haqqı toplanılıb.

ENA” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 28,1% azdır.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 149,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,3% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 43,4% azalaraq 15,832 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 6% azalaraq 30,403 milyon manata düşüb.

Beləliklə, 2019-cu ilin yanvar-mart aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,7 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 20,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-mart aylarında müvafiq olaraq 39 manat və 26,6 manat olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)