Sığorta

Sığorta bazarının göstəriciləri - AÇIQLANDI

Sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 4% artıb, ödənişlər isə 23,4% azalıb.

2019-cu ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 201.2 milyon manat məbləğində sığorta haqları toplanıb, 46.2 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Bu barədə "ENA"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Müqayisə üçün edək ki, 2018-ci ilin yanvar-mart ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 193.1 milyon manat məbləğində sığorta haqları toplanmış, 60.3 milyon manat məbləğində sığorta ödənişi aparılmışdı. 

Ötən ilin ilk 3 ayı ilə müqayisədə 2019-cu ilin ilk 3 ayında sığorta haqları 4.2% (8.1 milyon manat) artıb.     

Könüllü sığorta bazarı üzrə haqlar 130 milyon manat, ödənişlər isə 29.9 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 71.2 milyon manat, ödənişlər isə 16.3 milyon manat olub.

2019-cu ilin yanvar-mart aylarında sektor üzrə məcmu sığorta haqlarının 64.6%-i könüllü, 35.4%-i  isə  icbari sığorta  növlərinin  payına  düşüb.

Sığorta ödənişlərinin  64.7%-i könüllü, 35.3%-i icbari sığorta növləri hesabına formalaşıb.

Ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin yanvar-mart ayında tibbi sığorta 19.5% (9.3  milyon manat),  istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta isə 54.9% (4.6 milyon manat) artıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department