Norveçin Azərbaycandakı səfirliyi bağlanır
Norveçin Azərbaycandakı səfirliyi may ayının ortalarında fəaliyyətinə xitam verir.
Səfirlikdən bildiriblər ki, son iş günü mayın 16-sı olacaq. Mayın 20-dən etibarən isə Azərbaycanla bağlı məsələlərlə Norveçin Ankaradakı səfirliyi məşğul olacaq.
Bundan əvvəl Xarici İşlər Nazirliyi Norveçin Azərbaycandakı səfirliyinin bağlanmasına münasibət bildirmişdi.