"Sirr təşkil edən informasiyaların sayının azaldılmasına ehtiyac var"
Dövlət qurumları arasında Vahid İnformasiya Sisteminin yaradılması üzərində iş gedir.
Bunu müsahibəsində Azərbaycan Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərovun sözlərinə görə, sirr təşkil edən informasiyaların sayının azaldılmasına ehtiyac var.
"Bir məsələni nəzərə almaq lazımdır ki, hər orqanın da özünün müəyyən bağlı informasiyaları var. Şəffaflıq çox gözəldir və əldə edilən nəticələrin əsas səbəblərindən biri sənədləşmə, şəffaflaşmadı. Amma elə məlumatlar var ki, onlar vergi sirridir. Bu məlumatın yayılması qanunla qadağandır. Yaxud Dövlət Statistika Komitəsinin özünün hansısa statistika sirri var. Əlbəttə biz çalışmalıyıq ki, şəffaflıq tam geniş sahələri əhatə etsin və sirr təşkil edən informasiyaların sayı və həcmi minimuma endirilsin. Hazırda isə Vahid İnformasiya Sistemi üzərində iş gedir, ümid edirəm yaxın zamanlarda həllini tapacaq”, - deyə S.Ələkbərov bildirib.