"Məhkəmələrin işinə müdaxilələrin qarşısı alınacaq"
"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanla müxtəlif dövlət qurumlarına, təşkilatlara müəyyən tapşırıq və tövsiyyələr verilib".
"BI" xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov “Azərbaycanda məhkəmə-hüquq islahatları: AmCham ilə müzakirələr” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, fərmanda əksini tapan əsas məsələlərdən biri də sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə, mübahisələrə baxan yeni ixtsaslaşmış məhkəmənin yaradılmasıdır: "Eyni zamanda, fərmanda süründürməçilik və digər neqativ halların aradan qaldırılması məsələsi də öz əksini tapıb. Bunu təmin etmək üçün hakimlərin müstəqilliyinin təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin işinə müdaxilələrin qarşısının alınması, hakimlərin peşəkar səviyyəsinin qiymətləndirilməsi və hüquq pozuntularına yol verən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin labüdlüyü məsələsi də xüsusilə vurğulanıb".
G. Kərimov biznes və hüquq ictimaiyyətini aktiv olmağa çağırıb.
Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanı bu sahə üçün strateji sənəd kimi qəbul etmək olar.a