ENA+

Bakı-Gəncə-Bakı qatarında hər reysdə yerlərin təxminən yarısı boş qalır

İndiyədək Bakı-Gəncə-Bakı sürət qatar ilə 30 mindən çox sərnişin daşınıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib

O bildirib ki, dəmir yolu sistemində son dövrlərdə əldə olunmuş mühüm inkişaf göstəricilərindən biri də ötən il dekabrın sonlarında Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının işə düşməsidir:

“Sərnişinlərin arzu və təklifləri nəzərə alınaraq hər gün hərəkətdə olan qatar standart, biznes və birinci klas yerli vaqonlardan ibarətdir. Qatarın tərkibindəki 4 vaqonda 363 yer var ki, onlardan 293-ü standart, 61-i biznes və 9-u isə birinci klas təsnifatındadır. Qatarla bu günədək 30 mindən çox sərnişin daşınıb. Orta hesabla bir reysə (gediş-gəliş) daşınan sərnişinlərin sayı isə 400-500-dür”.

Qatarda 363 yer olduğunu nəzərə alsaq və yerlər tam tutulsa, hər reysə 726 sərnişin daşınmalıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)